Canımız
Canımız Müəllif: Qasım bəy Zakir |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Çıxmadı, qurtulaq dərdü bəladan,
Gündə bir zakonu görən canımız.
Hər ayın başında bir yol deyişen
Adətü qanuni görən canımız.
Tefavüt qalmadı gədayə, bəyə,
Barikeşlər indi keçib yedəyə.
Qənaət eyləsin bezə, qədəyə
Cameyi-gülgünü görən canımız,
Bundan isə yeydir diyari-qürbət,
A1 başını, dur get əlbət, səd əlbət,
Yalavac əyaldan çəksin xəcalət
Bəzəkli xatuni görən canımız.
Yazü qış həmişə sevgili canan
Geyərdi əyninə libasi-əlvan.
Olmasınmı indi sərv tək üryan
Qaməti-mövzuni görən cänımız?
Mübarəkdir bu dünyanın nizamı,
Nəhayət müşküldür öyrətmək xamı,
Yad edib ağlayın keçən əyyami,
Müəttər geysuni 'görən canımız.
Ac qaldıqca rəxtü xabə satacaq,
Gələ-gələ quru yerdə yatacaq.
Uzaqdan sikkəyə güllə atacaq
Min tümən altuni görən canımız.
Nə gündə yaradıb xudavənd bizi,
Bir yana apara bilmədik izi.
Gahi Avanesi, gahi Sərkisi,
Gahi də Semyoni gören canımız.
Bəy ikən adımız oldu mülkədar,
Dəxi bundan belə bizimçün nə var?
Olmazmı mükəddər sahibixtiyar
Əvəki, Ərtuni görən canımız.
Satanq, sovanq olub-qalanı,
Həqq bilir sözümün yoxdu yalanı.
Salsın alta indi öküz palanı
Balışi-pərquni görən canımız.
Tağar-tağar arpa, buğda əkilən,
Biçilib, döyülüb dama tökülən,
Qan axıt gözündən, ipək çəkilən
Xali tərazuni görən canımız.
Bu tövr ilə getmek müşküldür yola,
Nə sağa mümkündür qaçmaq, nə sola,
Gərək indən belə digərgun ola
Kari-digərguni görən çanımız.
Apanrlar qaravula, keşiyə,
Qəht olub bir deşik, girək deşiyə.
Buriya döşəsin evə, eşiyə
Xaliyi-bahuni görən canımız.
Bu zülmü insana eyləmez insan,
Sap cane yetişdik aman, əlaman!
Bir neçə laməzhəb, adı müsəlman
Mürtədü məlunu görən canımız.