Canım üzülür hicr ilə canan gərakdir
Görünüş
Canım üzülür hicr ilə canan gərakdir Müəllif: Əlişir Nəvai |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Canım üzülür hicr ilə canan gərakdir,
Könlüm alışır dərd ilə dərman gərakdir.
Bu qəm gecəsi aşiqi-pərvanəyəm ancaq,
Başımda mənim şəmi şəbistan gərakdir.
Qəmzən xoş olur gönlümə, ey işvəli dilbər,
Ah, oxlanna bir neçə peykan gərakdir.
Eşqin gecə-gündüz məni yandırdı içərdən,
Eşq əhli, Nəvai yana pünhan gərakdir.