Canım peşkəşdir

Vikimənbə saytından
Jump to navigation Jump to search
Canım peşkəşdir
Müəllif: Molla Cümə
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31.

Bir zülfü ənbərə, qarşı peykərə,
Bir gözü xumara canım peşkəşdir.
Yanağı əhmərə, üzü qəmərə
Bir dişi gövhərə canım peşkəşdir.

Bir ləbi şükkərə, dili şəkkərə,
Bir sinə mərmərə, bəxti əxtərə,
Bir qəddi ərərə, təzə nükbərə
Bir belə dilbərə canım peşkəşdir.

Bir ismi əzbərə, əndamı tərə,
Bir cavan bəkərə, gözəl duxtərə,
Bir eşqi əxkərə, çox zülmkərə
Cüməyəm, aşkara canım peşkəsdir.