Məzmuna keç

Can ah-fəğan eylər, ruh bədəndən müsibət çıxar

Vikimənbə saytından
Can ah-fəğan eylər, ruh bədəndən müsibət çıxar! (1995)
Müəllif: RAUF CAVAD

Can ah-fəğan eylər, ruh bədəndən müsibət çıxar!
Bədən ruhdan ayrılmaz, can ağrıdan taqət çıxar!

Çıxsa da ruh bədəndən, keçmişinə ah, göz eylər,
Bədən hiss edib görməz, ruh gözlərdən xəlvət çıxar!

Gör indi bu ölmüş bədən ruhsuz necə tək-yalqız,
Qalar yalnız ruh bədənsz, tək seyrə, qəflət çıxar!

Bədən cansız, uzanıb hissiyyatsız yerdə yatar,
Ruh hələ bilməz, çarəsiz tək göyə, həsrət çıxar!

Ayılmayar qafil yuxudan, ağrı-acıdan ruh,
Təəccüb edər gözlər, gözlərdən tor həlbət çıxar!

Soruşar cahil ruh özündən, ayə hal nədi bu?!
Ayılar birdən röyadan, gözlərdən dəhşət çıxar!

Yığışar millət, cansız bədənə təmaşa eylər,
Bu nə səhnə, gəl-gör ki, burda nə sör-söhbət çıxar!

Birdən görər qafil leş bədəni yerdə, ayılar,
Ruh özü də təmaşaya bir anda diqqət çıxar!

Görər Ruh, keçmiş yalqız bədəni sərilib taxta,
Baxar qəmgin, keçmiş səhvlərdən nə ibadət çıxar?!

Gecikər şüursuz əməl, peşman olar qananda,
Faydasız təəssüfdən, sizcə nə itaət çıxar?!

Ruh yenə girmək istər ölü-keçmiş kor bədənə,
Fəqət izn yox, ayrılıb can oyundan, Ruh, mat çıxar!

Utanar Ruh etdiyi pis olan nöqsan əmələ,
Kaş torpaq olaydım, deyər, bu söz həqiqət çıxar!

Guya qayıtsa ruh bədənə, nəfs olacaq yaxşı?!
Fərq etmir, imtahandan yalnız, tək mərifət çıxar!

Düşün əvvəlcə diqqət et! Sonra düzgün əməl et!
Bu dünyada xeyirxah Ruhdan, gözəl fitrət çıxar!

Diqqətli ol! Rauf ol! Ziyan vermə heç kimsəyə!
Əməlin bir gün önünə mütləq Ədalət çıxar!
              ...Müəllif:Rauf Cavad