Can alıcı xuni gözün bir dəm aman verməz, nedim
Görünüş
Can alıcı xuni gözün bir dəm aman verməz, nedim Müəllif: Həbibi |
Mənbə: Həbibi. "Şeirlər" (PDF) (az.). "Şərq-Qərb". 2006. 2017-04-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-16. |
Can alıcı xuni gözün bir dəm aman verməz, nedim?
Dil-xəstəyə kirpiklərün ol dəxi can verməz, nedim?
Şirin ləbün əsrarını Ruhül-qüdüsdən sordu can,
Der ol qeybün sirridir, namü nişan verməz, nedim?
K-ol vaizin əfsanəsin, saqi, sun ol cami-Cəmi,
Gördün yəqin kim bu zaman dövri-zaman verməz, nedim?
Gərçi ənəlhəq sirrini zərrati-aləm söyləşür,
Eynin kimi rövşən xəbər, bir şey əyan verməz, nedim?
Ol ləzzəti kim canıma ləli-rəvan bəxşin verür,
Vallahi, anın zövqini canü cahan verməz, nedim?
Ey səbzeyi-can gülşəni, sərvi-rəvanin lütfini
Baği-behiştü [...] huri-cinan verməz, nedim.
Şol cami ki, sundun müdam, cani-Həbibiyə müdam,
Ey saqi, məhru çün qulam, pirü cəvan verməz, nedim?