Məzmuna keç

Can alan

Vikimənbə saytından
Can alan
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Bu nə gündü, günü qara düşübsən,
Əvvəllərdə işvə-nazı can alan.
Nə günahım, məndən niyə küsübsən,
Sən oldun özünü bu günə salan.

Qaynananın fitnəsinə uyubsan,
Cavanlıqda başa dingə qoyubsan.
Mən bilirəm bu əzabdan doyubsan,
Subaylıqda sultan olan, xan olan.

Bilmirdinmi hacıların mürvətin,
Mollaların, qazıların ülfətin.
Artıb indi oğul-uşaq, külfətin,
Məmmədhüseyni yada salmadan dolan.