Can bülbülü olmuş zəğəni-nəfsə giriftar
Görünüş
Can bülbülü olmuş zəğəni-nəfsə giriftar Müəllif: Əbülhəsən Raci |
Can bülbülü olmuş zəğəni-nəfsə giriftar,
Daim qəfəsi-sinədə eylər ona azar.
Bu, layiqi-firdovs, o, niyranə səzavar,
Ülvitələbi-süfldə ol hiyləgər istər.
Tövfiqini, ya rəb, bizə həmvarə rəfiq et,
Dəvayi-təvalayi-hüseynidə sədiq et,
Lütfün bu rəhi-eşqdə həmrahi-təriq et,
Dil vadiyi-heyrətdədi, bu rahbər istər.
Hər kimsənə istər ola aşiqliyə layiq,
Əlbəttə, xəlayiqdən edər qəti-əlayiq,
Qəti-nəzər ondan da gərək aşiqi-sadiq,
Hər mamələkindən edə qəti-nəzər istər.