Can içində dərdi-eşqin olalı, cana, müqim
Jump to navigation
Jump to search
Can içində dərdi-eşqin olalı, cana, müqim Müəllif: Həbibi |
Mənbə: Həbibi (2006). Şeirlər (az). "Şərq-Qərb". Orijinal mənbədən 2017-04-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-05-16. |
Can içində dərdi-eşqin olalı, cana, müqim,
Gözlərindən sayru könlüm oldu sağü müstəqim.
Gün yüzün ayinəsinə baxduğunca hər nəfəs,
Gözümə rövşən görünür vəchi-rəhman, ey həkim.
Hər qaçan bir busə etsə can ləbindən iltimas,
Bağrımı xunxarə qəmzən edər ol dəmdə dunim.
Nemətü nazın cahanın nə der, ey can, canü dil,
Kim olara cövri-nazın oldu çün nazi-nəim.
Ey Həbibi, cövrü nazın görəlidən gözlərim,
Könlümün aramı getdi, canda qəm oldu müqim.