Can ilən canan, deyillər, can təmənnasındadır

Vikimənbə saytından
Can ilən canan, deyillər, can təmənnasındadır
Müəllif: Ağadadaş Sürəyya
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Can ilən canan, deyillər, can təmənnasındadır,
Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.

Əşkriz olmaqlığından anlaşır şəb ta səhər,
Nuh tək göz mərdümi tufan təmənnasındadır.

Sorsan ər: Sormaqda əsrari-dəhanımdan murad?
Aşiqin bir nükteyi-pünhan təmənnasındadır.

Bir pərivəş zülfünə meyl eylədi dil tazədən,
Yusifi-dil, mən bilən, zindan təmənnasındadır.

Nari-hicran dəfinə meyli-mey etdi dil yenə,
Qanə dönmüş, qanə-qanə qan təmənnasındadır.

Bir riyayi taət ilən zahidi-xudbini gör,
Oğlu ölmüş rövzeyi-rizvan təmənnasındadır.

Ey Sürəyya, mürği-dil meyli-ləbi-yar eyləmiş,
Sanma bica, qönçeyi-xəndan təmənnasmdadır.