Can sağ ikən yurt verməniz düşmana
Görünüş
Can sağ ikən yurd vermənih düşmana Müəllif: Aşıq Şenlik |
Mənbə: Valeh Hacılar. Qarşılıqlı təsir və bağlar. Çıldırlı Aşıq Şenlik. "Qarapapaqlar" jurnalı, № 5. may, 2007. |
Əhli-İslam olan eşitsin, bilsin,
Can sağ ikən yurd verməniz düşmana.
İstərsə Uruset nə ki var gəlsin,
Can sağ ikən yurt verməniz düşmana.
Qurşanın qılıncı giyinin donu,
Qavğa buludları sardı dört yanı.
Doğdu qoç iğidin şan almak günü,
Can sağ ikən yurd verməniz düşmana.
Əsgər olan bölük-bölük bölünür.
Sandınızmı Kars qalası alınır,
Boz atlar üstündə qılıç çalınır
Can sağ ikən yurd verməniz düşmana.
Ben esverdir bilin Urusun əsli,
Orman yabanisi, balıqçı nəsli.
Hınzır sürüsünə dalıb qurd misli,
Can sağ ikən yurd verməniz düşmana.
Şenlik, nə durursuz atları minin,
Sıyrı qılınc düşmən üstünə dönün.
Artacakdır şanı bu Al-Osmanın,
Can sağ ikən yurt verməniz düşmana.