Məzmuna keç

Can verir dəli bülbül, qəfəs zindanı içində

Vikimənbə saytından
Can verir dəli bülbül, qəfəs zindanı içində! (1998)
Müəllif: RAUF CAVAD

Məst eylədin Şirin sözlərlə bu canı içində,
Dolaşıb coşdu qanım, bu canım, qanı içində.

Süzdün badəyə şərabı, ləzzəti damağımda,
İstərəm içəm dübarə, ölüm anı içində.

Yoxdur vəfa səndən ayrı mənə özgə kimsədən,
Sənsən yar könlümə dost, qərib zamanı içində.

Gəl şəfa qıl Aşiqinə ki, qovuşsun eşqinə,
Can verir dəli bülbül, qəfəs zindanı içində!

Əcəb sevdadır yazır Yusif Züleyxa əsərin,
Ağlar düşüb qələm, yazır Dərdbəlanı içində.

Fürsət verdi Leyla eşqini izhar edə Məcnun,
Rüsvay etdi dəli nəfsi, nəfs Heyranı içində.

Kim ki, qorxusuz, qaradır gözü, dəlidir eşqə,
Düşüb sağalmaz xəstəliyə, Cananı içində.

Zöhrə nə qədər naz eyləsə, mən nazına qurban,
Rauf gözlər yarını, cənnət məkanı içində!