Can verir rayiheyi-türbəti-pakin, ey tak
Görünüş
Can verir rayiheyi-türbəti-pakin, ey tak Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.185. |
Can verir rayiheyi-türbəti-pakin, ey tak,
Nəvvər-Əllahu ləkəl-əzrə, səq-Əllahu sərak.
Hörmət etdin meyə, tə’zim ilə tutdun, saqi,
Əzzəm-Əllahu ləkəl-əcrə ələllahi cəzak.
Səri-kuyində qəribiz, bizə bir munis yox,
Talə ma anəsənəl-qəlbu, cəəlnahu fədak.
Səfheyi-dildə bulunmaz əsəri-surəti-qeyr,
Hinə ma həllə, nəfil-ğeyrə ənil-qəlbi həvak.
Rəhi-eşqində götür qeyrdən, ey dil, rəğıbət,
Fəiza şi’tə rəfiqən, ələmül-eşqi kəfak.
Xabi-qəflətdə, könül, vəsldən oldun məhrum,
Fazə mən nalə ila vəslihi, ma xabə sivak.
Ey Füzuli, nə bilir əhli-vərə’ mey zövqin,
Ənkərəl-hikmətə mən laməkə cəhlən və nəhak.