Can yazır qani ilə eşqin adını mənada

Vikimənbə saytından
Can yazır qani ilə eşqin adını mənada! (1994)
Müəllif: RAUF CAVAD

Qurulur səhnə, Gözələ, dəli Aşiq səhrada,
İstəyir Məcnun edə eşqini rüsvay dünyada.
 
Təmaşə eləyir kimlər, mat-məəttəl surətlər,
Can yazır qani ilə eşqin adını mənada!

Kim bilər üzməyi, görər gerçəyi, dörd tərəfi,
Musa edir firona üsyan, şahiddir dərya da.
  
Nə qədər ki, bu aləmdə yaşar mərdlik-igidlik,
Yetər kimsəsiz dadına, nalə çəkən fəryada!

Ölməz Həqiqət, diridir, çünki qəlblərdə yaşar,
Yunis tək qalır dəryada, çağırır Həqqi dada!

İsa Məsih diri ikən çəkilir tir-çarmıxa,
Kimsə yetişməyir dəhşətli haraya-imdada!

Nəsimi Həqq sözü ilə edir bəşəri rüsvay,
Anlamayır cahil hələ də verir ömrü bada.

Alır qələmə eşqi Füzuli, var dərdi-qəmi,
Canlıdır qədərin şah əsəri kim salsa yada!

Yenidən yazır o Leyli və Məcnunu Nizami,
Görüşür iki sevdalı yenə o gül-bağçada.

Eşit məni ey Bəşər! Mən Rauf Abbas Ələmdar,
Oyan ey Qafil! Qalx! Yatmısan dünəndən röyada!
             ...Müəllif:Rauf Cavad