Məzmuna keç

Canda ki, eşq olmadı, dildə xəbər nə faidə

Vikimənbə saytından
Canda ki, eşq olmadı, dildə xəbər nə faidə
Müəllif: İmadəddin Nəsimi


Canda ki, eşq olmadı, dildə xəbər nə faidə?
Gözdə ki, görmək olmadı, nuri-bəsər, nə faidə?

Hər kişi kim, əzəldə ol binəsib oldu mə’nidən,
Ayətü təfsirü kəlam, ana xəbər nə faidə?

Gövhərin üştə qiymətin sərraf olan arif bilir,
Ol ki, mübəssir olmadı görə göhər nə faidə?

Tutidürür bu şəkkərin dadını, ləzzətin bilən,
Qarğa nedər bu gülşəni, zağə şəkər nə faidə?

Dərd ilə sən Nəsiminin gövhərini gəl almağıl,
Aşiq olan kişilərə eşqə süpər nə faidə?