Məzmuna keç

Candan çıxarmazam sənin, ey can, xəyalını

Vikimənbə saytından
Candan çıxarmazam sənin, ey canı, xəyalını
Müəllif: İmadəddin Nəsimi


Candan çıxarmazam sənin, ey can, xəyalını,
Can təndə qalmaz anda ki, görsəm camalını.

Elmü hədisü ayəti-fürqan sorar zi mən,
Ağ üzün üstə görmüşəm ol xəttü xalını.

Cəhd et macalın əldə ikən yara yara kim,
Bir gəz əcəl irər dəxi verməz macalını.

Ey dünya, mən yenə səni bildim, yalançısan,
Aldanmazam sənə dəxi çün bildim halını.

Vəhdət dəmində dərvişü sultan çü bir imiş,
Gəl, xəstədil Nəsimi, qəbul eylə şalını.