Candan eylədi

Vikimənbə saytından
Candan eylədi
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

Pәncәrәdәn hayıl-mayıl baxan yar,
Baxan dilbәr mәni candan eylәdi.
Xun ciyәrim eşq oduna yaxan yar,
Yaxan dilbәr mәni candan eylәdi.

Neynirәm şәkәri, yemirәm qәndi,
Lәblәrin ver әmim, ürәyim yandı.
Yel atdı rübәndi, sinәn göründü,
Sinәn, dilbәr, mәni candan eylәdi.

Qorxum yoxdu sultanından, xanından,
At oxların peykan olsun canandan.
Tifil Qurbaninin axan qanından, –
Axan qanlar mәni candan eylәdi.