Cavanşir Ata
Görünüş
Rəvayətlər. Canavşir Ata Müəllif: Şifahi xalq ədəbiyyatı |
Cavanşir Ata günbəzinin üstü tağbəndiydi, içinə daş döşənmişdi.
Deyirdilər, kim gedib oradan bir daş gətirsə, dövlətli olar. Babam
Kalbayı Mehdi gedib oradan bir daş gətirir. Gecə yuxuda görür ki,
Cavanşir Ata deyir: “Kalbayı, mənim daşımı niyə gətiribsən? Apar
qoy yerinə. Aparmasan, əvəzində oğlunu əlindən alacam”.
Babam daşı aparıb yerinə qoymur. Günorta oğlu ölür. Ondan
sonra “tobalatma” deyib, aparıb daşı qoyur yerinə.