Məzmuna keç

Cin qazanı

Vikimənbə saytından
Rəvayətlər. Cin qazanı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kişi gedirmiş su suvarmağa. Görür ki, toy səsi gəlir. Yaxınlaşır baxır ki, bizdən yeylər toy eləyir. Cinlər bu kişiyə deyir ki, gəl otur, bişirdiyimizdən ye, ancaq bildiyini demə.

Kişi tez əlini qoyur qazanın üstünə, “pismillah” deyir. Bu vaxtı cinlər bunun başından bir qapaz vurub yox olurlar. Camaat gəlib görür ki, bu kişi əli qazanın üstündə özündən gedib. Onu ayıldırlar, qazanı da götürüb gəlirlər kəndə. İndi həmin qazan yuxarı Əndəmiçdə qalır. Camaat xeyir-şərdə işlədir.

Mənbə

[redaktə]