Cinlər və dəyirmançı
Görünüş
Rəvayətlər. Cinlər və dəyirmançı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir dəyirmançı gəlir öz dəyirmanına. Görür ki, dəyirmanda
vur-çatlasındı. Hovla qazanları, pılov qazanları yanbayan düzülüb.
Adamlar da qol-qola tutub yallı gedirlər.
Dəyirmançını görən kimi bu adamlar deyir ki, dilindəkini demə,
keç yuxarı başa.
Dəyirmançı anlayır ki, bunlar bizdən yeylərdi. Tez cibindən çaxmaq daşını çıxarıb atır qazanlardan birinin içinə, sonra “pismillah” deyir. Cinlər yox olurlar. Həmin qazan isə qalır. Camaat o qazanı indi də işlədir.