Məzmuna keç

Cinlər və kasıb kişi

Vikimənbə saytından
Rəvayətlər. Cinlər və kasıb kişi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir kasıp kişi varmış. Bir gün bı kişi uçux dəyirmanın yanınnan keçəndə görür ki, içəridə vur-çatdasındı, oxuyan kim, oynuyan kim. Qazannar da ocağın üstündə dəmdədi. Kişi ağıllı kişiymiş, bilir ki, bu cin-şayətin yığınağıdı.

Cinnər kişini görən kimi doluşullar başına, aparıllar öz işdərinə. Kişi görür ki, ortada bir göyçəh gəlin oynuyur, amma gəlinin oyması bunun arvadının oymasıdı. Kişi qalır məhətdəl ki, bu necə işdi? Kişi fürsət tapıp əlin yağa batırır, vırır bı oymuya, sonra “pismillah rəhman rəhim” deyir. O saat bütün cinnər yox olur, kişi də sevinə-sevinə hər şeyi yır-yığış eliyib gətirir əvinə.

Arvadı soruşur ki, a kişi, bunnarı hardan almısan? Kişi gördühlərini deyir. Sonra arvadınnan soruşur ki, hanı oyman? Arvad oymanı gətirir. Görürlər ki, üsdündə yağ ləkəsi var.

Mənbə

[redaktə]