Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş
Görünüş
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.166. |
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!
Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.
Xoş keçər nəzzareyi-hüsnünlə ömrüm, var ümid
Kim, edib məqbuli-dərgahın məni hüsni-məaş.
Tövfi-kuyində ayaqdan başə irmiş bir mədəd,
Nola gər qəddim büküb hərdəm, ayağm olsa baş.
Fitnə yayın qurmağa atəşmi olmuş ehtiyac
Kim, urarsan aləmə atəş, çatıb peyvəstə qaş.
Ey hübabi-əşk, nayab et təni-üryanımı
Kim, bu rüsva pərdəmi çak etdi, sirrim qıldı faş.
Parə-parə könlümün suzi-dərunə tabı yox,
Göz yolundan qətrə-qətrə qan olub, çıxsaydı kaş.
Ey Füzuli, qərqi-xunab etdi göz mərdümlərin,
Görəyim qüllabi-müjganə urulsun qanlı yaş.