Məzmuna keç

Cumdum genə qəvvas tək dəryayə, mən, dəryayə mən

Vikimənbə saytından
Cumdum genə qəvvas tək dəryayə, mən, dəryayə mən
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Cumdum genə qəwas tək dəryayə, mən, dəryayə mən,
Qı dım nəzər bir lölöyi-laləye mən, laləyə mən.
Sən sanma men bu bəhrde her inci, mirvari gezəm,
oz dıkmişəm bir gövhəri-valayə mən, valaye mən.
Getdim biyaban gəştinə, urdum təcəlla dəştine,
Etdım tamaşa Turdə Musayə mən, Musaye mən.
Çıxdım bu ərşin üstünə, baxdım bülendü pestinə,
Pəs onda nagəh uğradım İsayə mən, İsaye men?
Saldım tamami-aləmi gözdən, unutdum Adəmi,
Verdim könül bir vahidi-yektaye mən, yektayə mən.
Gəzdim səmavatı tamam, hər mənzilə etdim xuram,
Qıldım güzər həm cənnəti-elayə mən, əlayə mən.
Etdim tamaşa güllərin, həm xoşnəva bülbüllərin,
Saldım nəzər həm mənzəri-hurayə mən, hurayə mən.
Getdi sərimdən əqlü huş, bir guşədə oldum xəmuş
Düşdüm əcayib mənzili-ixfayə mən, ixfayə mən.
Nə yatmış idim, nə oyaq, nə atlı idim, nə yayaq,
Bir vaxtı gördüm gelmişəm dünyayə mən, dünyayə mən.
Leyli deyib çəkdim aman, qan-yaş töküb etdim fəğan,
Düşdüm yenə Məcnun kimi səhrayə mən, səhrayə mən.
Fani olubdur bu bədən, dur tap, Nebati, bir kefən,
Bu canı qurban eylədim Leylayə mən, Leylayə mən.