Döndü (Əmin Xınalıqlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Döndü (Əmin Xınalıqlı) Müəllif: Əmin Xınalıqlı |
Cahillər ahilin qədrini bilməz,
Ay ağalar, yaman zamana döndü,
Gördüyünü xalqa söyləyə bilməz,
Bu könlümün qəmi dumana döndü.
Alıcı alıcı tərlanım uçdu əlimdən,
Qurtara bilmədim fitnə-fəlindən,
Dad eylərəm çərxi-fələk əlindən,
Yandı kabab bağrım büryana döndü.
Müqəddəs sandığın doğru yol getməz,
Kasıbı dinləməz, bir kömək etməz,
Cahillər yanında sağ sözün ötməz,
Dağdan ağır başım samana döndü.
Haqqı sevən yola dost doğru gəlir,
Bir kamil ustaddan nəsihət alır,
Özünü bilməyən səni nə bilir?!
Heyif, elif qəddim kalsana döndü.
Bülbül avazlar, qönçəli bağlar,
Düşmənin tənəsi sinəmi dağlar,
Xınalıqlı Əminə ah çəkib ağlar,
Heyif ola, halım yamana döndü.