Məzmuna keç

Dönmüş fələyin çərxi tamam tərsinə

Vikimənbə saytından
Dönmüş fələyin çərxi tamam tərsinə! (1994)
Müəllif: RAUF CAVAD

Dönmüş fələyin çərxi tamam tərsinə!
Gedir insan dövrü zamanın əksinə!

Artıq bitmiş-tükənmiş səbri zamanın,
Söyləyir ağızda dil ki, vura sinə!

Gəl-gör eşqin qapısı nə cür açılıb
Aşiq üzünə, vurur eşqlə dizinə!

Çıxıb taxt üstünə eybəcər bir kimsə,
Guya xidmət edir, insanlıq dininə!

Olub cahil cəmiyyət kor həm də qafil!
Gətirir xələl alçaq hiyləgər dinə!

Qulaq asır hər yalana axmaq kimsə,
Sanır ki, tuş gəlib Həqqin söhbətinə!

Ya Rəb, bu nə cür dəhşət həm də müsibət,
Ayılmır millət, düşüb quyu dibinə!

Əcaba bulunmazmı fitnəyə çarə
Ola hər kəs agah, həqiqət sirrinə!

Nə yazıq bu halə düşən bu xilqətə,
Aldanıb dövrün hər tülkü hiyləsinə!

Gərək gələ İsa dirildə ölünü!
Çiləyə müqəddəs suyu üz cisminə!

Məgər dirilməzmi ölən insan bir gün?!
Verilərmi hər kəsin əmələlinə?!

Unudub bu xilqət bir gün öləcəyin!
Rauf, o kimdir ki, Aşiqdir Şirinə?!
    ...Müəllif:Rauf Cavad