Məzmuna keç

Dördçərşənbə - Üçüncü çərşənbə

Vikimənbə saytından
Dördçərşənbə - Üçüncü çərşənbə
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Torpağa bax, torpağa,
Sanki qalxır ayağa.
Buxarlamr nəfəsi,
O yambdır həvəsi.
Qızıl öküz tərpənir,
Torpaq sanki dillənir:
Çəmənim harda qaldı?
Səmənim harda qaldı?
Getdi qarlı yorğamm,
Getdi çənim , dumanım!
Gəlsin xalı-xalçalar,
Yollar boyu yoncalar.
Qoy bağ olsun, əkin olsun,
Mənim ana qucağım!
Səpin olsun, biçin olsun,
Gülsün hər bir bucağım!..