Məzmuna keç

Dördçərşənbə - Dördüncü çərşənbə

Vikimənbə saytından
Dördçərşənbə - Dördüncü çərşənbə
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Mən oddan yaranmışam,
Oddur südüm, nəfəsim.
Od rənginə boyanmışam,
Oddur gücüm, oddur səsim!
Taxılım da oddur rnənim,
Oddur gülüm, çəmənim!
Qaynar sular cammdadır,
Vulkanları qanımdadır!
Ömrüm, günüm odda yaşar,
Meyvələrim oda oxşar.
Odlar mənim hakimimdir,
Mən odların hakimiyəm!
Babam oddur, anam oddur,
Odur ki, mən od kimiyəm!
Odsuz daşa oxşayardım,
Odsuz sonsuz yaşayardım!