Dördü nə
Görünüş
Dördü nə Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
On altı gözәlin seyrinә vardım,
Gözüm düşdü gözәllәrin dördünә.
Altısı bәdxasyәt, dindirmәk olmaz,
İkisi mehriban, de, bәs dördü nә?
Ay ağalar, dәrdim yaman artıbdı,
Çәrxi-fәlәk eldәn daşım atıbdı,
Sәkkiz şeydi, bu dünyanı tutubdu,
Abü atәş, xakü baddı, dördü nә?
Qurbani sözlәrin eylәdi tamam,
Gözünün evini alıbdı duman,
Sәkkiz şey gәlibdi insana әnam,
Ağıl, mәrfәt, hәvәs, kamal, dördü nә?