Dörd divar içində olsa məkanım
Görünüş
Dörd divar içində olsa məkanım Müəllif: Təslim Abdal |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Dörd divar içində olsa məkanım
Taşrasından əsən yel mənə neylər?
Yanımdakı sudan qorxu çəkerəm
Uzaqda çağlayan sel mənə neylər?
Dünyada gerçəklər qatara uydu
Eşq ilə məhəbbət ıqrann bəndi
Pirimdən almışam xeyir gülbəndi
Mən haqdan qorxaram, el mənə neylər?
Təslim Abdal edər gözlər qanlı yaş
Aradım bulmadım bir sevdasız baş.
Her kəsin əməli kəndinə yoldaş
Haramzada olan qul mənə neylər?