Harda görsən könlü sınıq merhem olgil,
Oylə mezlum yolda qalsa həmdəm olgil,
Ruzi-məşhər dərgahına mərhəm olgil,
Mavü-mənlik xəlayiqdən keçdim muna.
Qul Xacə Əhməd söylədiyi haqqın yadi,
Eşitməyən dostlanna qalsın pəndi.
Qürbətlənib öz şərhinə qayıdıb gəldi,
Türküstanda məzar olub qaldım muna.
Otuz birdə Xızır babam mey içirdi,
Vicudumun əzasını pək qaçırdı,
Sevda qıldım yazıklanm haq keçirdi,
Ondan sonra haqq yoluna saldı dostlar.
Otuz iki yaşda yetdi haqdan fərman,
Bəndəliyə qəbul qıldım qılma arman.
Can verdikdə verdim sənə nuri-iman,
Qərib canım şadman olub güldü, dostlar.
Xaliqimdən xəbər yetdi şakir oldum,
Hər kim söysə, bəlkə təpsə sabir oldum,
Bu aləmdə yuxlamayıb hazır oldum,
Hayü həvəs mavü-mənlik getdi, dostlar.
Otuz üçdə saqi olub mey üləşdim,
Cami-şərab ələ alıb doya içdim,
Ləşkər düzüb şeytan ilə çox vuruşdum,
Bihəmdüllah iki nəfsim öldü, dostlar.
Otuz altı yaşda oldum sahib-kamal,
Haq Mustafa görsətdilər mənə camal,
Ol səbəbdən gözüm yaşlı, qamətim dal,
Eşq xəncəri ürək bağnm dəldi, dostlar.
Otuz səkkiz yaşa girdim ömrüm ötdü,
Ağlayımmı ölər vaxtım yavuq yetdi,
Əcəl gəlib peymanəsin mənə tutdu,
Bilməz qaldım, ömrüm axır oldu, dostlar.
Saçi - saqqal xub ağardı, könlüm qara,
Ruzi-məhşər rəhm etməsə halım təbah,
Sənə ayan əməlsizəm çoxdur günah,
Cümlə mələk günahlanm bildi dostlar.
Qul Xacə Əhməd qırxa girdin nəfsini qır,
Burda yığlab' axirətdə olgil anq%
Posti-iman şəriətdir məğzi-tarik3,
Tarik girən haqdan uluş aldı dostlar.
Eşq davasın mənə qılma yalan aşiq,
Aşiq olsan bağnn içrə göz qanı yox,
Məhəbbətin şövqi ilə can verməsə,
Zaya keçər ömrü onun yalanı yox.
Zahid olma, abid olma, aşiq ol,
Möhnət çəkib eşq yolunda sadiq ol,
Nəfsi təpib dərgahına layiq ol,
Eşqsizlərin həm canı yox, imanı yox.
Eşq sevdası kimə düşsə riisva qılar,
Pərtöv salıb haq özünə şeyda qılar,
Məcnun sifət ağlın alıb Leyla qılar,
Allah haqqı bu sözlərin yalanı yox.
Qul Xacə Əhməd candan keçib yola gir,
Ondan sonra ərənlərin yolun sor,
Allah dibən' yolunda canın ver,
Bu yolda can verməsən imkanı yox.