Dövran qənimət

Vikimənbə saytından
Dövran qənimət
Müəllif: Seydulla Seydi
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.


Bəyan etsəm bu dünyanın oluşunu,
Bu dünyaya gəlincə dövran qenimət.
Yaxşı-yaman, varca otur-duruşunu,
Hər birindən bir az görən qenimət.

Bu dünya bilsəniz qatıdır daşdan,
Ömriinü keçirer yaz ilə qışdan.
Nəfsi daşsa ayırar ağıldan, huşdan,
Ol nəfsi-şeytanı vuran qenimət.

Gönlünü rast tutub düzəltgin özün,
Olara olmaza uzatma sözün.
Ol iki endamın, ol iki gözün,
Bu nurlu cahanı görən qenimet.

Gördüm bu dünyada yaxşı-yamanı,
Şeriəti pozar qazisi, xanı,
Dörd pula satarlar dini, imanı,
Allahı yad edib yürən qenimət.

Zalımlar dünyanm vann alıbdır,
Bəd iş rəvac olub, xeyr iş qalıbdır,
Bilmən ki, qiyamət qolay gəlibdir,
Qərib üçün bağnn yaran qənimət.

Seydi deyən düşman qoyman vətəndə,
Kim ölsə ad qalar burdan ötəndə,
Səksəndən son doxsan yaşa yetəndə,
Fanidən baqiyə varan qənimət.