Məzmuna keç

Düşüb

Vikimənbə saytından
Düşüb
Müəllif: Aşıq Xankişi
Mənbə: Tariyel Qəni. "ŞİRVANIN ŞAMLI ELATININ AŞIQ VƏ EL ŞAİRLƏRİ" (PDF). "Ozan dünyası" jurnalı (az.). azab.az. 2015. İstifadə tarixi: 2016-02-04.


Ağır bir el idi Şamlı elləri,
İndi köçüb hərə bir yana düşüb.
Yurd yiyə çağırıb, ağlayır indi,
El Hacıqabula, Salyana düşüb.

Çay qırağı mələşirdi sürülər,
Burda atlaz don geyərdi hurilər.
Toy-düyündə sevişərdi pərilər,
Səd heyif, qəriblik payına düşüb.

Xınalı kəkliyin gəlməyir səsi,
Aşıqlar meydanda eləmir bəhsi.
Yaddan çıxıb Koroğlunun nərəsi,
O ağır yığnaqlar miyana düşüb.