Düşüncə qəlbdə sevgi yaradar, Yaradan var

Vikimənbə saytından
Düşüncə qəlbdə sevgi yaradar, Yaradan var (1995)
Müəllif: RAUF CAVAD

Kimin qəlbində nur-gözəllik var, Yaradan var,
Kimin əlində yaxşılıq olar, Yaradan var.

Möhtəşəm sözdü gözəllik, nur-mənası nədir?
Düşüncə qəlbdə sevgi yaradar, Yaradan var!

Görməzmi məgər tor görən gözlər, o Gözəli?
Əsla görməz beyni küt, qəlbi kar, Yaradan var.

Çarə nədü xəstə düşən qəlbdə kin-düyünə?
İstəsə hər kəs olar təmizlkar, Yaradan var.

Əcaba kimdi O, zirəng ki, Həqqi Şah bilir?
Ər geyimi, eşq-ölümü duyar, Yaradan var.

Bəs niyə igidlər, ərlər Hünəri eşq bilir?
Bədən ölər, eşq ruhu qucaqlar, Yaradan var.

İçsə Nicat eşqin kamını, ölüm anlamaz,
Eşq bilməz ki, yox-ölümü, çün yar, Yaradan var.

Məcnun ölmək istər, Leylanı həp görmək istər,
Fərhadı yalnız tək Şirin anlar, Yaradan var.

Əqlim harda, sordu Qərib, Yusif düşüb Qərib?
Can düşüb qürbətə yarsız, Nigar, Yaradan var.

Rauf gəlsə sehri guşa, Aşiq düşər tora,
Görsə qəlb Heyranı, Valeh qanar, Yaradan var!