Məzmuna keç

Düşərəm

Vikimənbə saytından
Düşərəm
Müəllif: Aşıq Nəsib
Mənbə:

  
Kövrək könül eşq üzündən yaralı,
Yana-yana, dağa-daşa düşərəm.
Fəslim birdi: yazım, yayım, payız yox,
Ömrü boyu qarlı qışa düşərəm.
 
Dərd əyibdir uca qəddim, çarə yox,
Mənim kimi dərdli, bəxtiqara yox,
Ürək güniş ciblərimdə para yox,
Kasıblıqdan, od-ataşa düşərəm.
 
Mən istərəm aşiq üzü ağ olsun
Toy-düyündə kef damaqar cağ olsun.
Varlı bəylər, igid ərlər sağ olsun.
Məclislərdə hər vaxt başa düşərəm.
 
Vaxt ötüşər, ömür keçər, gün keçər,
Yaşa dolur cavan olan, sin keçər,
Yaxşı kişi yoxuş çıxar, tin keçər,
Mən də belə bərkə, boşa düşərəm.
 
Vara-pula əyilmərəm, baxmaram,
Sazsız-sözsüz el içinə çıxmaram.
Mən Nəsibəm bircə könül yıxmaram,
Buta kimi şirin duşa düşərəm.