Düşərmi
Düşərmi Müəllif: Çıldırlı Aşıq İrfani |
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016 |
Bir fәqir bus etsә şah damanını,
Tәqdir etmәk alişana düşәrmi?
Bir igidin yaman dәrdi olmasa,
Dәrman üçün heç Loğmana düşәrmi?
Şux didәlәrin dәmdә olmasa,
Tiğ qәmzәlәrin qәmdә olmasa,
Pәrvanәnin meyli şamda olmasa,
Dolanır, fırlanır nara düşәrmi?
İrfanim der: zikrin kәsmә Mövladan,
Mәcnun nәlәr çәkdi bilsәn Leyladan,
Sәfil bayquş lәzzәt bulsa leyladan,
Firar edib heç virana düşәrmi?