Düşdü (Ağ Aşıq)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Düşdü Müəllif: Ağ Aşıq |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Yenə yada düşdü nakam eşqimiz,
O gözün oduna bir daha yandım.
Məhəbbət ötəri hal da deyilmiş,
Hu çəkdim, Kərəm təkin, aha yandım.
Yarım hələ sağalmayıb qaysardı,
O səs məni ötən günə qaytardı,
Varlığımı haray sardı, hay saldı,
Od tutdu şirin can, daha oysandım.
Vəfalı dilbərim üzümə güldü,
Şux baxdı gözümə, qəlbimi bildi.
Ağ Aşıq, Süsənbər bir əhli-dildi,
Görüncə üzünü, ilahə sandım.