Məzmuna keç

Düşdü (Aşıq Heydər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Düşdü (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Qurudu kökümüz, bu Şura gəldi,
Türk - türkdən ayrıldı, yaralı düşdü.
Yenə baş qaldırdı bic, vələdüzna,
Ağbaba Çıldırdan aralı düşdü.

El eldən ayrıldı, könül - könüldən,
Doğmalıq, yaxınlıq tez çıxdı əldən.
Sovet çox sevindi bu bəd əməldən,
Erməni də pullu - paralı düşdü.

Heydər lalmı olsun deməsin düzü?!
Ağlı - huşu kəsir, həm görür gözü.
Kafir erməninin qalmasın izi,
Urusun qanunu - qaralı düşdü.