Düşdü (Xəstə Qasım)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Düşdü
Müəllif: Xəstə Qasım
Mənbə: Xəstə Qasım (1684-1760) (az). shahbulaq.az (12.09.2014). Yoxlanılıb 2015-04-20.

 
Ay həzarat, ay camaat,
Dağa qar düşdü, qar düşdü.
Özüm qaldım qürbət eldə,
Yada yar düşdü, yar düşdü.

Gedin deyin anasına,
Sığal versin sonasına.
Yar, sinənin arasına,
Bir cür nar düşdü, nar düşdü.

Xəstə Qasımı qəm basdı,
Yar bizi zülfündən asdı.
Şeyda bülbül güldən küsdü,
Gülə xar düşdü, xar düşdü.