Düşdü yenə gecə qəlbə qaranlıq

Vikimənbə saytından
Düşdü yenə gecə qəlbə qaranlıq (1995)
Müəllif: RAUF CAVAD

 Düşdü yenə gecə qəlbə qaranlıq,
Çökdü zülmət, dilləndi eşq bir anlıq.

Çəkmiş ürək dünyanın hər əzabın,
Görmüş qəlbi kövrək hər cür yamanlıq.

Olmuş gecələr də Aşiqə zindan,
Almış fikrini dərd, çəkir koranlıq.

Ağlayır gecə gözlər həsrətindən,
Qəmindən, gözlərə dolmuş toranlıq.

Saralıb solmuş qəlbdə arzu-dilək,
Sanki qocalmış dərddən də cavanlıq!

Qalmış tənha bir küncdə yalqız ümid,
Sınmış qol-qanadı, düşmüş, ziyanlıq.

Atılmış meydana, cavan bir Aslan,
Deyir, olmaz sevəndə bədgümanlıq.

Rauf, çəksə də hər zilləti Aşiq,
Duymaz acısın, deməz uf, o canlıq!
      ...Müəllif:Rauf Cavad