Düşdüm genə meyxanədə xoşhənglər içrə
Görünüş
Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda Müəllif: Əbülqasim Nəbati |
Düşdüm genə meyxanədə xoşhənglər içrə,
Gördüm genə bir rəng ilə gülrənglər içrə.
Səd şükr ki, imdad qılıb bəxti-hümayun,
Bir diz yeri tapdım özümə şənglər içrə.
Ey meydən edib tövbə, edən bənglə ülfət,
Divanə kimi düşmə əbəs dənglər içrə.
Nə nəql, hekayətdi, nə əfsanəvü əfsun,
Bu büxlü həsəddir ki, düşüb yengilər içrə.
Ey sahibi-şəmşiri-düdəm, şahi cahanbəxş,
Ey küştələri püştə qılan cənglər içrə.
Bu mülki-Qəradağdə bimunisü qəmxar,
Fəryadimə yet, qoyma məni nənglər içrə.
Məcnun kimi üryanü dil-azürdəvü məhzun,
Dağdan dağa Gəzgəz gəzərəm sənglər içrə.
Eşq əhli sanıb salik ilə həmsəfər oldum,
Gəzdim bir-iki şamü səhər lənglər içrə.
Bu kuçeyi-eşqin, bilirəm, qayəti yoxdur,
Biçarə Nəbati qalacaq tənglər içrə.