Düşmüşəm (Aşıq Babaş)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Düşmüşəm Müəllif: Aşıq Babaş |
Aşıq Babaş Mənsim oğlu (XVIII əsrin sonu - XIX əsrin 60-70-ci illəri). Aşıq Mürsəlin atasıdır. Mənbə: Tariyel Qəni, Şirvan mahalının Kolanı elatının ustad aşıqları, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.58-62. |
Sevda yolu nə tilsimli olurmuş,
Odlu canım, bir gör hara düşmüşəm?
Məhəbbətə düçar olduğum gündən,
Məcnun kimi ahu-zara düşmüşəm.
Aşıq olub məclislərə varalı,
Çox mətləb görmüşəm ağlı-qaralı,
Bir səyyadam, ovum məndən aralı,
Onun üçün bu dağlara düşmüşəm.
Bu sevdanın acısı da şirindi,
Məşəqqətli, təlatümlü, dərdindi.
Babaş deyir, son söz ərənlərindi,
Demərəm ki, bəxti qarə düşmüşəm.