Düşmüşəm (Aşıq Hüseyn Bozalqanlı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Düşmüşəm Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Qırxlar piri özü verib dərsimi,
Şair cərgəsində sana düşmüşəm,
Arif məclisində, alim yanında,
Neçə dəfə imtahana düşmüşəm.
Bir zaman əlimde zil bəm saz oldu,
Gözətlər mənimlə üzbə-üz oldu,
Suyum artıq gəldi, tozhatoz oldu,
İndi də yumşalıb una dönmüşəm.
Özüm aşiq olub gəzirəm eldə,
Qaldı həsrət gözüm əbrişim teldə,
Ələsgər danışan təşbeh misalda,
Hüseyn deyər, həmən günə düşmüşəm.