Düşmüşəm (Yəhya bəy Dilqəm)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Düşmüşəm Müəllif: Yəhya bəy Dilqəm |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Arif olan, diqqət elə, fəhm elə,
Bir gözəl əlindən belə düşmüşəm.
Ağlaram, tökərəm didəmdən yaşı,
İndi də mən əldən-ələ düşmüşəm.
Adını deməyə mən eylərəm ar,
Üstümü kəsibdi bir bimürvət yar,
Quşların tərlanı, xublara zəvvar,
Səyyad olub çöldən-çölə düşmüşəm.
Mən Dilqəməm, yandım, yandım, kül oldum,
Danışdım, danışdım, mötədil oldum,
Gülşənlər içində mən bülbül oldum,
Danışıqda dildən-dilə düşmüşəm.