Dün urub vaşilə bən xəstədili şad etdün

Vikimənbə saytından
Dün urub vaşilə bən xəstədili şad etdün
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.45.

Dün urub vaşilə bən xəstədili şad etdün,
Yaxşı bardun ki, bozuq könlümü abad etdün.
Yox vəfa cövrü cəfadin bəni məhrum etmə,
Çünki cövr ilə cəfayə bəni mötad etdün.
Verdin əğyar əlinə meylini, yıxdın evimi,
Dad əlindən sənin, ey şux, nə bünyad etdün?
Hər nəfəs sövti-vəfa birlə edirsən nalə,
Ey könül, ol səgi-kuyini məgər yad etdün?
Eylədün, Sadiqi, təndin xali cananə fəda,
Yaxşı vardun, bu qəfəsdən onu azad etdün.