Dünya, hey
Görünüş
Dünya, hey Müəllif: Məxtumqulu Fəraqi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Su üzündə gəzən neçə gəmini
Bir gün batırarsan salı, dünya, hey!
Adəm oğlu varmaz olsa izindən,
Burda deyib aldarsan malı, dünya, hey!
Kimsə bilməz haçan tükənər dəmin,
Qəbir olar bir gün basan qədəmin.
Dövran gərdişində qafıl adamın,
Ustündən salarsan yolu, dünya, hey!
Aramın yox, qərarın yox, dinməzsən,
Gecə-gündüz qan içərsən qanmazsan,
Axır nə bəlan var, sonun sanmazsan,
Yıxılan, yumrulan, lolı dünya, hey!
Aylanar, qış keçər, yaz, tomus, güz həm,
Tab gətirməz ona dağ, dəniz, düz həm,
Axın keçərik üstündən biz həm,
Qarıyıb qalarsan xali, dünya, hey!
Məxtumqulu, dünya sirrin duymazsan,
Bir gün gördüyümüz ertə qoymazsan,
Neçə vaxtdan bəri yeyib doymazsan,
Ağlını aldıran dəli dünya, hey!