Dünya (Ağ Aşıq)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dünya Müəllif: Ağ Aşıq |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Nə veribsən, alammırsan,
Suçum nədi görən, dünya?
Gündə min cür üz göstərib,
Min bir dona girən dünya.
El-obadan cida saldın,
Neyləmişdim oda saldın,
Ev-eşiyə qada saldın,
Dərd üstdən dərd verən dünya.
Ağ Aşığam, taleyi kəm,
Görməmişdim belə sitəm.
Qolubağlı rəiyyətəm,
Az gücünə güvən, dünya.