Dünya (Nəbi Miskin)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dünya Müəllif: Nəbi Miskin |
Mənbə: Səməndər Məmmədov (2013). Şair Nəbi Miskin – 140: Mən Nəbiyəm, aşıqların zəriyəm (az). Azərbaycan Aşıqlar Birliyi. "Ozan dünyası" jurnalı. Orijinal mənbədən 2016-08-09 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-09. |
Qılıncın qınsızdı, qolun qüvvətli,
Baxmadın qocaya, cavana, dünya!
Şair Nəbi cəhd eylədi çafana,
Ömür keçdi, sığınmadım safana.
İnnən belə inanmaram vəfana,
Sıtqınan sığındım sübhana, dünya.