Dünya dəyişmişdir artıq
Naviqasiyaya keçin
Axtarışa keçin
Dünya dəyişmişdir artıq Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27. |
Dünya dəyişmişdir artıq,
Bilməm varmı xəbərin?
Dəyişməyən bir şey varsa
O da sənin səfərin.
Bu səfər, uzun səfər,
Getdikcə uzun səfər.
Dərin boşluqdan gəlir,
Sənin kimi bir nəfər.
Nə çıxsın ki, göylərdə;
Varlığın bir yaraşıq;
Bu solğunluq yaraşmaz
Bizə işıq ver, işıq!
İşıq ver görünməmiş,
Bir dünya quranlara!
Dünyadakı boşluqdan,
Haqq-hesab soranlara!
Yoxsa bu gen boşluqda,
Tək gəzməkdən nə çıxar?
Yalqız deyilsən çox da,