Dünya qarışır
Dünya qarışır Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017. |
Ər-arvad çox çətin dolanırdılar. İl quraqlıq keçdiyinə görə qıtlıq düşmüşdü. Ərzaq çətin tapılırdı. Arvad qonşudan gələndə ərinə dedi:
– Gülbahar xaşıl bişirir.
Ər tez arvadına dedi:
– Gəl belə eləyək. Sən təngənəfəs özünü onların evinə sal, mən də dalınca. Guya sən qaçırsan, mən də səni qovuram.
Yemək vaxtı arvad özünü təngənəfəs Gülbahargilə salır, əri də dalınca.
Sinidə xaşıl çəkmişdilər. Ortasını çuxur eliyib yağ, qıraqlarına isə qurut tökmüşdülər. Onları da xaşıl yeməyə oturtdular. Taxta qaşıqlarla yeməyə başladılar. Ev yiyəsi soruşdu:
– Ay qonşu, nə məsələdi, niyə dalaşırsınız?
Kişi dedi:
– Mən deyirəm, gəl belə eləyək, bu yolnan gedək, – deyərək xaşılı qaşıqlayıb yağı öz tərəfinə axıdır.
Qonşu görür ki, belə getsə yarma xaşılını yağsız yeyəsi olacaq, yağlı yerini qonşu yeyəcək. Odur ki deyir:
– Eh, ay qonşu, fikir eləmə, bu dünyanın işləri elə qarışıqdı, – deyib, xaşılın hamısını yağla qarışdırır.