Dünyada (Nəcəf Əlimərdanlı)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dünyada
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı

Varlıya dost olub,kasıba gülmə,
Çox da havalanıb,coşma dünyada.
El səni istəyib, keçirsə başa,
Ağır ol, alçağa düşmə dünyada.

Oturub-durgunan qədir bilənnən,
Vəfalı dost olmaz üzə güləndən,
Bir igid ki, sən öl,-desə yalandan,
Onun körpüsündən keçmə dünyada.

Əsil oğul əkər bil, əsil ata,
Ölüncə kimsəyə yetirməz xəta,
Yeri gəlsə. xeyir verər elata,
Onun arxasından qaçma dünyada.

Bu sözü xoşlayar bir arif, əyyar,
Əsilsiz insana nə yapış, yalvar.
Qonşuya söyləyər, mahala yayar,
Seryaquba sirrin açma dünyada.

Nəcəf, gəz dünyanı təmiz adınan,
Təklif olsa, bir məclisə gedinən,
Bir dost sənlə olsa, sözü yadınan,
Onu düşmənindən seçmə dünyada.