Dürüst olmamış
Görünüş
Dürüst olmamış Müəllif: Aşıq Əsəd |
Mənbə: Sazlı-sözlü Göyçə (II kitab). Bakı, “Elm və təhsil”, 2018. |
Kamil ovçu durub ov bərəsində,
Atmaz xədəngini dürüst olmamış.
Sərraf olan seçər ləli, gövhəri,
Arayıb dəstində dürr üst olmamış.
Əgər qəvvas isən, axtar adamı,
Göydən yerə neysan yağar, a damı.
Dürüst adam gəzər dürüst adamı.
Nadürüst axtarar dürüst olmamış.
Əsəd bəhri-mühit çaylar toxuna,
Qayıq üzə, ləpə gələ toxuna.
Cürbə istər gölə, şirə toxuna,
Elmi cəm eyləyib dürüst olmamış.